Menu

Keyfiyyətli elmi tədqiqatlar UNEC-in hədəfində - FOTOLAR

08.01.2019, 17:48
Keyfiyyətli elmi tədqiqatlar UNEC-in hədəfində - FOTOLAR

UNEC-də bütün kafedra müdirlərinin iştirakı ilə elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və elmi pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi yolları müzakirə edilmişdir.

Dissertasiya işlərinin həcminə deyil, aktuallığına və əldə olunan nəticəyə önəm verilməsi, müdafiə ilə bağlı tələb olunan sənədlərin sayının minimuma endirilməsi təklif edildi, Dissertasiya işlərinin müdafiəsinin mümkün qədər elektronlaşdırılması, dünya təcrübəsinə əsaslanaraq, PhD dərəcəsi olan şəxslərə professor adının verilməsi məsələsinə baxılaraq məqsədəuyğun olduğu bildirildi.

AAK-ın ekspert şuralarının ləğv olunması, sənədləşmə və bütün proseslərə nəzarət funksiyasının AAK-a verilməsi, ixtisasların pasportlaşmasının həyata keçirilməsi, elmlərin təsnifatına yenidən baxılması, aparıcı təşkilatlar və opponentlərin zəruriliyinə bir daha baxılması təklif olundu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol