Menu

"Suriyada yeni əməliyyat başlamağımıza heç kim mane ola bilməz" - Ərdoğan

08.01.2019, 20:42
"Suriyada yeni əməliyyat başlamağımıza heç kim mane ola bilməz" - Ərdoğan

Türkiyəyə Suriyanın şimalında yeni antiterror əməliyyatı başlamasına heç kim mane ola bilməz.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyanın şimalında hər hansı bir terror təşkilatının güclənməsinə imkan verməyəcək.

Prezident bildirib ki, ABŞ rəsmilərinin Suriyanın şimalındakı əməliyyatın etnik kürdlərə yönələcəyi barədə bəyanatları əsassızdır: “Suriyalı qaçqınları qəbul edərkən Türkiyə heç vaxt etnik mənsubiyyətə görə fərq qoymayıb. Türkiyə həm kürd, həm müsəlman, həm də xristian ərəbləri qəbul edib”.

Trendin məlumatına görə, R.T.Ərdoğan əlavə edib ki, Türkiyə ilk növbədə öz milli maraqlarına uyğun addım atır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol