Menu

Sakit okeanda içində 4 min avtomobil olan gəmi yanır - VİDEO

09.01.2019, 21:07
Sakit okeanda içində 4 min avtomobil olan gəmi yanır - VİDEO

Heyət üzvlərindən 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Sincerity Ace gəmisi qəfil yanmağa başlayıb. Gəmi Yaponiyadan Havay adalarına avtomobil aparır. Yanan gəminin içində 3804 avtomobil var. Onlardan 3500-ü "Nissan" markalı avtomobillərdir.

Xilasedicilər heyət üzvü olan 16 nəfəri xilas edə biliblər. 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol