«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbçiləri dəniz bazalı hipersəs sürətli mərmilərin sınaqlarını keçiriblər.
Bu barədə «USNİ» portalı məlumat verib. Onun məlumatına görə, sınaq testləri hələ ötən ilin yayında həyata keçirilib.
«Dyüi» eskadron minadaşıyıcısı standart göyərtə toplarından 20 hipersəs sürətli mərmi atıb.
Qeyd edilir ki, ilkin olaraq bu mərmilər relsli elektromaqnit topları üçün nəzərdə tutulubmuş.
Açıq-aydın görünür ki, təzədən ikiqütblü olmuş dünya sürətlə silahlanır və növbəti qlobal müharibəyə hazırlaşır...


Şərhlər