Menu

Prezident ciddi struktur islahatlarının anonsunu verdi - "İdarəetmə strukturumuz böyük dərəcədə şişirdilib"

12.01.2019, 12:10
Prezident ciddi struktur islahatlarının anonsunu verdi - "İdarəetmə strukturumuz böyük dərəcədə şişirdilib"

Azərbaycanda idarəetməni təkmilləşdirmək üçün ciddi struktur islahatları başlayacaq. Bu islahatların anonsunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş dünənki müşavirəsində çıxışı zamanı deyib. Prezidentin çıxışının stenoqramını “AzərTac” yayıb.

 

İlham Əliyev çıxışında deyib: “Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər.”

Şərhlər

vergi ödəyicisi 2019-01-12 12:10:53

DSMF-nun HÜQUQİ ŞƏXSLƏRLƏ İŞ DEPARTAMENTİNƏ GEDƏNDƏ ADAM DƏHŞƏTƏ GƏLİR. HEÇ BİR ŞÖBƏDƏN NƏSƏ SORUŞUB ÖYRƏNƏ BİLMƏZSƏN.HAMI OTURUB OYUN OYNAYIRLAR,HEÇ BAŞINI QALDIRIB BAXMIRLAR Kİ ,QARŞISINDAKI KİŞİDİR,YOXSA QADIN.DEYİRLƏR GET O BİRİ ŞÖBƏYƏ.İŞSİZLİKDƏN BİLMİRLƏR NEYNƏSİNLƏR. ƏLBƏTTƏ Kİ BUNLARI AZALTMAQ LAZIMDIR,Kİ QARŞISINDAKINI ADAM YERİNƏ QOYSUNLAR.BELƏ BİABIRŞILIQ OLMAZ AXI.ƏLİ İNSANOVUN SÖZÜ OLMASIN DEYİRLƏR "KONKRETNI RƏDD OLUN "

t.ədalət 2019-01-12 12:10:53

Binəqədi qəsəbə bələdiyyəsinin aparatında 43 nəfər çalışır.Halbuki kiçik bələdiyyələr 5--8 nəfərlə işləyə bilər.Havayı maaş alan işçilərdən nə işlə məşğul olduqlarını soruşanda, "YAP-ın üzvüyük"- deyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol