Menu

Züqanovun emissarı Bakıya "razborka"ya gəlir

15.08.2014, 12:58
Züqanovun emissarı Bakıya "razborka"ya gəlir

Azərbaycanda fəaliyyət göstərən kommunist partiyalarından birinin sədri Rauf Qurbanov haqda Rusiya Kommunist Partiyasının sədri Qennadiy Züqanova ciddi kompromat ötürülüb.

Bu barədə Azinform.az kommunstlərə yaxın olan mənbədən məlumat verilib. Məlumatda həmçinin bildirilir ki, Züqanova göndərilən məlumatlar o qədər dəqiq olub ki, o, təəccüblənib və məsələnin araşdırılması üçün Bakıya xüsusi nümayəndə göndərmək qərarına gəlib.

Qeyd edək ki, Azərbaycanda müxtəlif adlar altında bir neçə kommunist partiyası fəaliyyət göstərir. Onlardan Züqanovla daha sıx münasibətdə olan isə Rauf Qurbanovun rəhbərlik etdiyi qurumdur. Əqidədaşlarının Moskvadakı nüfuzundan istifadə edən Rauf Qurbanova böyük «qardaşları» tərəfindən normal maliyyə vəsaitinin ayrıldıı da bildirilir.

Ancaq bu vəsait normal və effektiv siyasi fəaliyyət şərtilə ayrıldığı səbəbindən Rauf Qurbanovun passivliyi yerli kommunistləri və Züqanovu qane etməməyə başlayıb. Moskvaya ötürülən məlumatda Qurbanovun hakimiyyət dairələri ilə sıx münasibətdə olması da qeyd edilib. Yəqin ki, Züqanovun emmissarının Bakı səfərindən sonra Rauf Qurbanovun maliyyə vəziyyətində əhəmiyyətli dəyişiklik nəzərə çarpacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol