Menu

İntiqam Əliyev soyuq silah saxlamaqda ittiham oluna bilər

15.08.2014, 13:04
İntiqam Əliyev soyuq silah saxlamaqda ittiham oluna bilər

Hüquq müdafiəçisi İntiqam Əliyevin işini araşdıran müstəntiq onun mənzilindən götürülən dekorativ xəncərin soyuq silah olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edib.

Bu barədə Turan-a vəkil Anar Qasımlı bildirib. Ekspertizanın keçirilməsi haqda protokolu şərh edən İ.Əliyev istehza ilə deyib ki, “prokurorluq yeni ədəbi janr yaradır - istintaq protokolları”.

Vəkil bütün suvenir mağazalarında satlan dekorativ əşyalar üzrə ekspertizanı qeyri-ciddi hesab edir.

Bundan əlavə, Kürdəxanı təcridxanasının administrasiyası İ.Əliyevin barəsində hökm çıxarıb ki, o, vəkilinin vasitəsilə vətəndaşların hüquqlarnın müdafiəşinə dair işlər üzrə qeydləri Avropa İnsan Hüquqları Məhkəməsinə ötürüb.

İ.Əliyev avqustun 8-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadə, vergi ödəməkdən yayınmaqda ittiham edilir.Amnesty İnternational onu “vicdan məhbusu” hesab edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol