ABŞ prezidenti Barak Obama bəyan edib ki, İraqın şimalındakı Sincar dağlarında İŞİD yaraqlılarının mühasirəsində qalan minlərlə yezid aclıqdan və ölüm təhlükəsindən xilas edilib.
Virtualaz.org saytı xəbər verir ki, Obama Amerika ordusunun keçirdiyi əməliyyat nəticəsində yezidlərin Sincar dağlarını tərk etməyə imkan tapdığını, Pentaqonun yeni hərbi əməliyyat keçirmək niyyətində oımadığını deyib. Xəbər verildiyi kimi İŞİD yaraqlıları yezidi kürdlərin yaşadıqları bölgəni ələ keçirərək minlərlə yezidi qətlə yetiirblər, sağ qalanlardan 10 minə yaxını Sincar dağlarından keçərək Ərbilə çata bilib. Bu zaman dağlarda çoxlu sayda insan aclıqdan və susuzluqdan ölüb. ABŞ Hərbi Hava Qüvvələri yezidləri xilas etmək üçün onlara havadan su və yemək atıb, habelə İŞİD-in mövqelərinə zərbələr endirib.
ABŞ-ın ardınca Britaniya hakimiyyəti də yezidlərə havadan yemək və su atılması əməliyyatlnı dayandırdığını açıqlayıb. Rəsmi London bunu yezidlərlə bağlı humanitar vəziyyətin yaxşılaşması ilə əsaslandırıb. “Hazırda biz Sincar dağlarına əlavə yemək payı atmaq barədə fikirləşirik. Ancaq bu faktı da nəzərə alırıq ki, dağlarda kifayət qədər yemək ehtiyatı var” deyə Britaniya hökumətinin rəsmisi bildirib.

Şərhlər