Menu

Boliviyada italiyalı terrorçu saxlanılıb

13.01.2019, 13:17
Boliviyada italiyalı terrorçu saxlanılıb

Ölkəsində ömürlük həbs cəzasına məhkum edilmiş italiyalı terrorçu Çezare Battisti Boliviyada saxlanılıb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə "Infobae" portalı yazıb.

"İtaliyalı terrorçu Çezare Battisti Boliviyada axşam saxlanılıb (şənbə günü) və İtaliya məhkəməsinin qərarına müvafiq olaraq ömürlük həbs cəzasını çəkmək üçün tezliklə Brazilyaya, oradan da yəqin ki, İtaliyaya göndəriləcək", - deyə portal Braziliya prezidentinin müşaviri Filipe Martinsə istinadla qeyd edib.

"Kommunizm naminə silahlı proletarlar" solekstremist təşkilatının lideri olan Battisti İtaliyada 1977-1979-cu illərdə törədilmiş 4 qətlə görə ömürlük həbs cəzasına məhkum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol