“Real TV”nin rəhbəri Mirşahin Ağayevin sosial şəbəkədə haqqında rəy yazdığı üçün tutdurduğu gənc azadlığa buraxılıb.
Strateq.az-ın məlumatına görə, Mirşahinin tutdurduğu şəxs Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasovanın oğlu olub.
QHT sədri bu barədə mətbuata açıqlamasında demişdi ki, Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları yanvarın 11-də gecə yaşadığı evdən oğlunu bölməyə aparıblar: “Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4, ev 2 A ünvanında olan mənzilimizə gələrək, oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb…”.
Dünən gecə isə M.Abbasova sosial şəbəkədəki hesabından oğlunun azad edildiyini yazıb: “Şükür Allaha, oğlum gəldi. Allah bütün günahsız yerə həbs olunanların qapısını açsın, amin. Mənə dəstək olan dostlar, həmişə var olun, mun sifətli “dostlar”, siz də bir az ləyaqətli olun”.


Şərhlər
Məgər siz “Real TV"-də mirşahinin apardığı, onun müsahibləri olan yüksək çinli məmurları və siyasətçiləri görmürsünüzmü? Bilmirsiz bu kanalı kim yaradıb və onun əsil sahibi kimdir? Qaldı ki mirşahinə o elə Cəlal əminin verdiyi adı doğrultmaqla məşquldur? Hayıf başda Ləman xanım olmaqla onun yanındakı hörmətli jurnalistlərə...
Bunun ebelə işi də varmiw
Görəsən bu qədər biabırçılıqdan sonra Mirşahin cəmiyyət arasına necə çıxır? Şəxsən mən ya intihar edərdim, ya da Azərbaycandan çıxıb gedərdim.Mən heç vaxt şərəf və ləyaqətimin kimliyindən asılı olmayaraq ləkələnməsinə imkan vermərəm.