Menu

“Azərişıq”dan "Bakı Metropoliteni"nə transfer olub

14.01.2019, 15:37
“Azərişıq”dan "Bakı Metropoliteni"nə transfer olub

“Azərişıq” ASC-nin Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Elçin Mustafayev vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, onun yerinə indiyə qədər Səbail Rayon ETSİ-nin rəisi olan Paşa Rzayev təyin edilib.

E.Mustafayev isə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisinin istismar üzrə müavini vəzifəsinə təyinat alıb.

Hər iki qurumun mətbuat xidmətlərinin rəhbərləri məlumatı təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol