Menu

Braziliyada polis helikopteri suya endirilib, ölən və yaralanan var

15.01.2019, 00:57
Braziliyada polis helikopteri suya endirilib, ölən və yaralanan var

Braziliya hərbi polisinə məxsus helikopter naməlum səbəbdən Rio-de-Janeyro şəhəri yaxınlığında Quanabara körfəzinə məcburi eniş edib.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, helikopterdə olan 4 nəfərdən 1-i ölüb, 3-ü xilas edilib.

Yaralılar xəstəxanaya aparılıb.

Məlumata görə, “Fenix08” tipli helikopter Rio-de-Janeyro şəhərinin şimal-qərbindəki San Juan di Meriti peyk şəhəri ilə bağlayan avtomobil yolunda patrul xidməti aparırmış.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol