Menu

Azərbaycan idmanına ağır itki üz verib

15.08.2014, 17:15
Azərbaycan idmanına ağır itki üz verib

Azərbaycan idmanına itki üz verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Oqtay Ağayev vəfat edib.

Ağayev uzun sürən xəstəlikdən sonra bu gün 78 yaşında dünyasını dəyişib.

Mərhum uzun illər SSRİ millisinin aparıcı voleybolçusu olub. 1956-cı ildə bu komandanın heyətində dünya çempionatının bürünc mükafatçısı olan voleybolçu müdafiədəki oyunu ilə tanınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol