Menu

«KXDR nüvə və raket proqramlarını xəlvəti olaraq davam etdirir»

15.01.2019, 12:41
«KXDR nüvə və raket proqramlarını xəlvəti olaraq davam etdirir»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) özünün nüvə və raket proqramlarını məxfi şəkildə davam etdirir. Peyk məlumatlarına və ABŞ kəşfiyyatından sızan informasiyalara istinadla, bu barədə «Bloomberq» yazıb.

KİV-n məlumatına görə, onların nüvə və raket proqramlanının «yavaşıdılması»nın və ya dayandırılmasının heç bir əlaməti ortada yoxdur. Ancaq Şimali Koreya lideri Kim Çen In bunu vəd etmişdi. Bununla yanaşı, nəşr dəqiqləşdirir ki, KXDR daha 6 yeni nüvə bombası yaratmaq üçün yetərli olan nüvə materialı əldə edib.

Bundan əvvəl KXDR hakimiyyəti Pxungeri adlı yeganə nüvə poluqonunu ləğv etdiyini və nüvə-raket sınaqlarını dayandırdığını bildirmişdi. Daha sonra isə Sinqapurda Şimali Koreya və ABŞ liderlərinin görüşü olmuş, Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə saziş imzalanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol