Menu

BŞİH Milli Şuranın mitinqinə icazə verdi

15.01.2019, 15:24
BŞİH Milli Şuranın mitinqinə icazə verdi

Yanvarın 19-da Milli Şuranın mitinq kemçirmək istəyinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müsbət cavab verib.Musavat.com xəbər verir ki, Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə baxıb və göstərilən tarixdə saat 15:00-dan 17:00-dək aksiyanın keçirilməsinə rəsmi icazə verib. Mitinq həmişəki kimi Yasamal rayon ərazisindəki "Məhsul" stadionunda keçiriləcək.

Xatırladaq ki, bundan öncə Qarabağ Komitəsi və Müsavat Partiyası da mitinq üçün BŞİH-ə müraciət etmişdişdi. Lakin hər iki təşkilata yox cavabı verilmişdi.

Şərhlər

miri 2019-01-15 15:24:45

Kar-kor-lal bilinənə zalımlar aman verməz. Azadlıq və demokratiya nə qədər çətin olsada millətin xilası ondan keçir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol