Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb. R.Məmmədli indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.

Onu da qeyd edək ki, Arif Alışanovun işdən çıxarılması son illər adının bir çox qalmaqallarda hallanması ilə də bağlı ola bilər. Musavat.com-un məlumatına görə, AzTV sədri və onun yaxın adamlarının idarəçiliyi haqda çoxsaylı şikayətlər vardı. İşçilərə az maaş verilməsi, hərc-mərclik, işçilər arasında ayrı-seçkilik haqda çoxlu iddialar vardı.

Qeyd edək ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun məhkəmə prosesi olub. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilginc faktlar ortaya çıxmışdı. Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 6 milyon manatlıq torpaq alveri edibmiş. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Tərəflərin vəkillərinin vəsatətlərinə baxmayaraq, A.Alışanovun məhkəməyə gəlmədi. Prosesdə yalnız onun ifadəsi elan edildi. O bildirib ki, 2012-ci ildə qardaşı, yeznəsi və qayınları ilə birgə Şamaxıda vətəndaşların pay torpağını pulla alınmasını Ş.Əkbərovdan xahiş edib. AzTV sədrinin sözlərinə görə, Ş.Əkbərov və digərləri 2016-cı ildə Şamaxı rayonu ərazisində onu, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevi öldürməyə cəhd edib. A.Alışanov deyib ki, Ş.Əkbərov onun və qohumlarının, ümumilikdə, 4 milyon 677 min manat pulunu mənimsəyib.
Sui-qəsddə təqsirləndirilən Ş. Əkbərov isə son sözündə günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarmasını istəmişdi. Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
***
"Azərbaycan Televiziya və Radio Verilişləri " Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən azad olunub.
Bu barədə BakuPost-a AzTV-dəki mənbə məlumat verib. Bildirilib ki, bu dəqiqələrdə TV-də iclas keçirilir. Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub.
R. Raqifoğlu bundan əvvəl Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Lider TV-də İdman redaksiyasının rəhbəri olub.


Şərhlər
Ağlına heç bir əcaib fikir gəlməsin AZ TV Amerika siyasəti kimidir prezidentlər dəyişsə də siyasət dəyişmir
Qerbi azerbaycanlilar tarixe qovusur deyesen
Bu zirilti o ziriltidan deyi,bu tamam bashqa ziriltidir.
Bu YAP-çılar işdən çıxarılan zaman yazılan kommentailərə diqqət edən olsa çox şey anlayar və YAP-ın üzvlərinin ( zorla üzv yazlanları demirik-həkimlər,müəllimlər,bəzi alçaq rütbəli məmurlar xaric) necə talançı olduqlarının üzə çıxdığının şahidi olarıar.Hələ çıxarılmayanları da onların tayıdır.Bu partiya ölkəni çökdürmək üçünmü yaranıb?
Gec oldu.Çoxdan olmalı idi.
Cənab Prezidentimizin bu Sərəncamını alqışlayırıq.Hələ vaxtından gec verilmış Sərəncamdır.Görün,baxın-bu adam dərisinə sığmayır...
Belələri tutduqları vəzifəyə elə yapışıb dayanırlar ki, onlar vəzifədən çıxarılanda və yaxud da Allah eləmiş kimi ölmələrini eşidən insan sevinməyə bilmir. Arif müəllimin sağ əli uzun müddət vəzifələrdə yapışıb qalmış bir çox korrupsaner rəhbərlərin başına.
Alishanovu vezifeden cixarmaq azdir,onu cinayetlerine gore hebs etmek lazimdir.Bu qerar butun Azerbaycan ehalisinin ureyince olar.
Kərbalayı demişkən ("Axırıncı aşırım" filmi):Sel gələndə əvvəlcə çör-çöp gətirir. "Bu zırıltı arxalı zorbanı yerindən dəbərtməkdə məqsəd nədir"????????
Çox insafsız bir qərardır.Bu kişinin 90 yaşına hələ 30 il var, bunu necə çıxarmaq olar? Yazıq, Şamaxını hələ təzəcə almışdı, Ağsuda da nələrsə qayırırdı...Cavan getdi...
DENGELER DEYISHIR.
Adamın ağılına əcaib fikirlər gəlir.....