Menu

"Rusiya bu il AŞ PA-ya üzvlük haqqı ödəməyəcək" - Pyotr Tolstoy

16.01.2019, 01:41
"Rusiya bu il AŞ PA-ya üzvlük haqqı ödəməyəcək" - Pyotr Tolstoy

«AzProitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Moskva 2019-cu ildə AŞPA-ya üzvlük haqqı ödəməyəcək. Bu barədə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Cenevrədə AŞ PA-nın başçısı Lilian Mori Paske ilə apardığı danışıqlardan sonra bəyan edib.

«TASS» agentliyinin xəbər verdiyi kimi, Tolstoy Paske ilə danışıqlarda AŞ PA-nın reqlamentinə təklif olunan düzəlişləri «nailiyyət» adlandırıb. Bu düzəlişlər müxtəlif səsvermələr zamanı ölkələrin nümayəndələrini səsdən qismən məhrum edir.

Tolstoyun sözlərinə görə, o və Federasiya Şurasının beynəlxalq münasibətlər komitəsinin başçısı bildirib ki, bu vəziyyət Rusiyanı qane etmir və Moskva belə oyunlar oynamayacaq. Tolstoy həm də hesab edir ki, Rusiya AŞ PA-nın yanvar sesiyasına nümayəndə göndərməli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol