Menu

ABŞ-ın ATƏT-dəki nümayəndəsindən hakimiyyətə sərt tənqid

15.08.2014, 19:11
ABŞ-ın ATƏT-dəki nümayəndəsindən hakimiyyətə sərt tənqid

ABŞ hökuməti Azərbaycan iqtidarından ölkədə fəalların həbsini, təşkilatların və fərdlərin bank hesablarını dondurmağı dayandırmağa, habelə öz fikirlərinə görə tutulan məhbusları azad eləməyə çağırır.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Amerikanın ATƏT-dəki müvəqqəti işlər vəkili Qeri Robinsonun Dövlət Departamentinin saytında yerləşdirilmiş bəyanatında deyilir.

“Birləşmiş Ştatlar hökuməti ilk növbədə humanizm anlayışından çıxış edərək tanınmış hüquq müdafiəçisi Leyla Yunusu və onun əri Arif Yunusu azad etməyə səsləyir. Onların hər ikisinin durumu pisdir”, - deyə açıqlamada qeyd edilir. Həmçinin, onların hər ikisinin fəal şəkildə “xalq diplomatiyası”na cəlb olunduğu bildirilir.

Bundan əlavə, bəyanatda son həftələr ərzində digər fəalların – tanınmış vəkil İntiqam Əliyev və hüquq müdafiəçisi Rəsul Cəfərovun saxlanılmasından da “ciddi narahatlıq və məyusluq” ifadə edilib. “Biz hökuməti qanunun aliliyini təmin eləməyə, təməl insan haqlarına sayğılı olmağa və dinc mülki cəmiyyət təmsilçilərinin təqibinə son qoymağa çağırırıq”, - deyə etirazda bir daha vurğulanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol