Menu

Kiyev Rusiyadan ölkə ərazisinə hərbi texnikanın keçməsini təsdiqlədi

15.08.2014, 19:45
Kiyev Rusiyadan ölkə ərazisinə hərbi texnikanın keçməsini təsdiqlədi

Ukrayna ordusu Rusiya ərazisindən zirehli texnikanın ölkə ərazisinə keçməsi haqda xəbərləri təsdiqləyib.

Avqusutun 15-də Britaniya jurnalistləri yazırdılar ki, 10-dan artıq hərbi texnikanın və maşınların Ukrayna ərazisinə daxil olduğunu öz gözləri ilə görüblər.

Ukrayna tərəfi bilridir ki, həqiqətən də ağır döyüş maşınlarında ibarət karvan Ukrayna hökumətinə qarşı döyüşən separatçıların nəzarətində olan “İzvarino” nəzarət-buraxılış məntəqəsindən keçib.

Ukrayna kəşfiyatın məlumatına görə, maşınların hamısı Rusiya nömrəli olub. Məlumatda hərbi texnikanın dəqiq sayı göstərilmir. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol