Menu

Robert Köçəryanla bağlı vəsatət rədd edildi

17.01.2019, 00:13
Robert Köçəryanla bağlı vəsatət rədd edildi

Ermənistanın Xüsusi istintaq xidmətinin müstəntiqi eks-prezident Robert Köçəryan barəsində qaldırılan cinayət işinə xitam verilməsi ilə bağlı müraciəti rədd edib.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, müvafiq bəyanatla R.Köçəryanın müdafiəçiləri çıxış edib. Ərizənin təmin edilməməsi dəlillərlə əsaslandırılıb. Bildirilib ki, eks-prezidentin təqsirkar sayılması üçün kifayət qədər əsaslar var və proses qanun çərçivəsində aparılır.

Xatırladaq ki, bundan əvvəl İrəvan məhkəməsi də Koçaryanı zaminə buraxmaqdan imtina etmişdi. R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi ittihamı ilə həbs edilib. Onunla bağlı seçilmiş həbs qətimkan tədbiri ötən həftə daha iki aylıq uzadılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol