Menu

REKLAM AGENTLİYİ AVTOMOBİL ALMAĞA 2,5 MİLYON XƏRCLƏDİ - İl yarımda 

17.01.2019, 11:23
REKLAM AGENTLİYİ AVTOMOBİL ALMAĞA 2,5 MİLYON XƏRCLƏDİ - İl yarımda 

Dövlət Reklam Agentliyi yanvarda 25 ədəd miniven, 14 ədəd sedan və 1 ədəd pikap tipli nəqliyyat vasitəsinin alınmasına dair “Toyota Abşeron Center” MMC və “Autouniversal” MMC ilə 7 tender müqaviləsi imzalayıb.“Finans.az”ın məlumatına görə, bu satınalmalar müqabilində “Autouniversal”a 704 175 manat, “Toyota Abşeron Center”ə 698 000 manat ödənilib.

Beləliklə, yuxarıdakı satınalmalara toplam olaraq 1 402 175 manat xərclənib.

Xatırladaq ki, bu günə qədər agentlik “Autouniversal”dan 1 549 181 manatlıq miniven, “Toyota Abşeron Center”dən 981 000 manatlıq sedan və pikap tipli avtomobillər alıb. Nəqliyyat vasitələrinin alınmasına cəmi 2 530 175 manat pul xərclənib.

Qeyd edək ki, Dövlət Reklam Agentliyi 2017-ci ilin iyun ayında yaradılıb. Agentliyinin direktoru Aydın İbadov təyin edilib.  Yaranmasından il yarım keçməmiş Agentliyin xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi maraq doğurur.

Xatırladaq ki, 2016-cı ilin yanvar ayında keçirilən müşavirədə Prezident İlham Əliyevin dövlət qurumlarına  Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş, daha doğrusu yığılmış avtomobilləri almağı tövsiyə etmişdi.  Prezidentin çıxışından sonrakı ilk aylarda  bir neçə nazirlik zavodun maşınlarından alsa da, sonradan buna maraq göstərən olmadı. Dövlət Reklam Agentliyinin də xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi göstərir ki, hətta xırda məmurlar belə yerli avtomobillərdən istifadə etmək istəmir. Sahibkarlardan yığılan pulları özlərinə bahalı maşınlar almağa  yönəldirlər. 

AzPolitika.info

Şərhlər

antiAbu 2019-01-17 11:23:39

Aydın İbadov "Proje" şirkətinin rəhbərlərindən biri kimi, Bakı şəhər Reklam İdarəsinə olan borclarını aktla silib və dövlətə külli miqdarda ziyan vurub. Bu işlərinə görən məsuliyyətə cəlb olunmalı idi. O, bir vaxtlar Prezident seçkilərində Heydər Əliyevə rəqib olan Etibar Məmmədovun şəkillərini Bakının küçələrinə yapışdırtdığına görə işdən qovulmuş Hacəmi Atakişiyevin qohumudur....

abid 2019-01-17 11:23:39

Bu agentliyin işçiləri sahibkarlara qarşı özlərini sözün həqiqi mənasında quldur kimi aparır.Qanunla onlar yol kənarındakı reklamlardan pul tələb etməlidir.Amma butun ölkə boyu bunlar magazaların tanıtim reklamlarından zorla pul tələb edir, lazım gələndə hətta fiziki güç də tətbiq edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol