Menu

Xəzər Dəniz Gəmiçiliyi 2 yeni şirkət yaradıb

17.01.2019, 10:45
Xəzər Dəniz Gəmiçiliyi 2 yeni şirkət yaradıb

Vergilər Nazirliyi noyabrın 23-də “ASCO Nəqliyyat”, noyabrın 26-da isə “ASCO Mühafizə” MMC-ləri dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, hər iki şirkət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) baş ofisi ilə təxminən eyni ünvanda – Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 2 237-ci məhəllə ünvanında qeydiyyatdan keçib.

Yeni şirkətlərin nizamnamə kapitalları müvafiq olaraq 6 276 399 və 34 851 manat, qanuni təmsilçiləri isə Ramin Malik oğlu Fərzullayev və Sabir Həsən oğlu Hüseynovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol