Menu

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

17.01.2019, 11:33
Gürcüstanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

rGürcüstanın Azərbaycandakı səfirliyi dövlət bayraqlarını endirib.

"Report" xəbər verir ki, bu addım Tbilisidə yerləşən yaşayış binalarından birində baş vermiş partlayış nəticəsində ölənlərin xatirəsinin yad edilməsi məqsədi ilə atılıb.

Baş vermiş hadisə ilə əlaqədar yanvarın 17-si Gürcüstanda matəm günü elan olunub.

Xatırladaq ki, daha əvvəl Tbilisidə baş vermiş partlayışda 4 nəfərin, o cümlədən 4 yaşlı uşağın öldüyü bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol