Menu

Ramil Usubov Səbailin rəisini işdən çıxardı

17.01.2019, 12:50
Ramil Usubov Səbailin rəisini işdən çıxardı

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.

Ş.Kazımov İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bir neçə gün öncə İsmayıllı RPŞ-nin rəisi Telman Ağasiyev vəzifəsindən çıxarılaraq nazirliyin Baş Cinayət Axtarışı İdarəsinə təyinat alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol