Menu

“Kəndlərdə kitabxana qalmayıb, hamısı bağlanıb” - Aqil Abbas

17.01.2019, 14:26
“Kəndlərdə kitabxana qalmayıb, hamısı bağlanıb” - Aqil Abbas

“Kitabxana məsələsi hər zaman məni düşündürür. Kəndlərdə kitabxana qalmayıb, hamısı bağlanıb. Kitablar da hara atılıb bilinmir. Nə var ki, orada işləyənlərə 120 manat maaş verilirdi...”

“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

A.Abbas kitabxanalara diqqətsizliyə görə narahatlığını ifadə edib: “Elektron kitabxanaya kimdir gedən? Elə evdə internetdə oxuyar da... İnsan kitabı sinəsinin üstündə oxumaq istəyir. Dövlətin çap etdirdiyi kitablar kitabxanaya çatdırılır, amma özümüzün çap etdirdiyimiz kitablar kitabxanalarda olmur. Mən özüm rayona gedəndə kitablar alıb aparıram ki, bu kitablar da kitabxanada olsun, bəlkə kimsə oxumaq istəyir... Ad çəkmək istəmirəm, küsürlər, rayonların əksəriyyətində kitabxana yoxdur. Bu sahə canlandırılmalıdır”.

Komitə sədri Rafael Hüseynov da bu sahənin canlandırılmasının vacibliyini vurğulayıb.

Şərhlər

Melikmemmed 2019-01-17 14:26:21

Be neteri olmalidi qaqa,deputati Aqil Abbas olan olkenin kitabxanasi(kitabi)baglanmalidi da be.

məmmədqulu 2019-01-17 14:26:21

Camaat kitabəı neynir, onlar soğan əkirək divar hörürlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol