Menu

Yəməndə BMT sülhməramlıları yerləşdirliləcək - Qətnamə qəbul olunub

17.01.2019, 22:48
Yəməndə BMT sülhməramlıları yerləşdirliləcək - Qətnamə qəbul olunub

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yəmən üzrə Britaniyanın təklif etdiyi qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən təsdiqlənib. Səsvermə yekdilliklə keçib.

Sənəddə beynəlxalq təşkilatın sülhməramlı qüvvələrinin yerləşdirilməsi qaydaları əksini tapıb. Qətnaməyə görə, bu ölkəyə cəmi 75 sülhməramlı göndəriləcək.

Onların vəzifələrinə Xodeyda limanında atəşkəs rejiminin monitorinqi məsələsi daxildir. Bu barışıq dekabrın 18-dən qüvvəyə minib, amma yalnız kağız üzərində.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol