Menu

Rusiya Gəncədə fəaliyyətini gücləndirəcək

18.01.2019, 11:25
Rusiya Gəncədə fəaliyyətini gücləndirəcək

"Azərbaycan və Rusiya, ilk növbədə strateji tərəfdaşdır. Həmçinin ölkələrimiz arasında çox güclü mədəni əlaqələr mövcuddur".

Bunu "Report"un Rusiya bürosunun müxbirinə Rusiyanın MDB-nin xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Eleonora Mitrofanova deyib.

"Azərbaycanda olduqca böyük Rusiya diasporu var, həmçinin Rusiyada böyük Azərbaycan diasporu var. Buna görə də bu istiqamətdə də ciddi işlər davam edir. Azərbaycanda məktəblərdə və universitetlərdə sərbəst şəkildə tədris edilən rus dilinin öyrənilməsi baxımından heç bir problemimiz yoxdur.

Ölkələrimiz arasında böyük mədəni əməkdaşlıq var - xeyli sayda sərgi, konsert, "dəyirmi masa" və s. keçirilir. Bakıda çox yaxşı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Gələn il oxşar mərkəz Gəncə şəhərində də işə başlayacaq. Əminəm ki, bu, ölkənin digər regionları ilə əməkdaşlığın gücləndirilməsinə də böyük təkan verəcək", - E.Mitrofanova bildirib.

Şərhlər

Abit 2019-01-18 11:25:59

Sizden bize heç vazt dost olmaz,2 milyondan artıq Azerbaycanlı yaşayır rusiyada bir mektebi,kanalların birinde Azerbaycan dilinde veriliş varmı?olsun radio kanallarda,yoxdu.Ona göre tecili rus mektebleri bağlanmalı,rus dilli verilişler bağlanmalı elave tedbirler görülmelidi.Bunlar ermenilerden qorxurlar ki avropaya üz tutmasın ve .....Hardadı bu sözçüler?

Millət 2019-01-18 11:25:59

Rusiya Azərbaycanla necə straji dostdur ki, Qarabağ məsələsinin həllində Ermənistanın tərəfindədir? Qarabağda nə qədər Rus əsgəri və hərbi texnikası olduğu bu fikri təkzib etmir? Necə strateji müttəfiqdir ki, Qarabağ məsələsinin həllini tormozlayır? Bəlkə biz özümüz belə istəyirik? Yalandan imitasiya edirik,fiktiv görüşlər keçirilir, milləti aldadırıq?
Bu suallara kim aydınlıq gətirər? Doğrusunu millətə bildirməyin vaxtı keçmirmi? 25 il az vaxt deyil.k

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol