ACP Ali Məclisinin keçmiş sədri, 2 gün əvvəl partiyasından və Milli Şura üzvlüyündən istefa vermiş Zəminə Dünyamalıyeva ACP sədri Sülhəddin Əkbəri də istefaya çağırıb. Bu barədə o, publika.az-a müsahibəsində çağırış edib.
Sitat: "Hesab edirəm ki, ACP rəhbərliyi bütünlüklə istefa verməlidir. Mən demirəm ki, təkcə Müsavat və AXCP, yaxud başqaları bu addımı atsınlar. Ümumiyyətlə Milli Şurada təmsil olunan partiya liderləri, rəhbərləri istefaya getməlidir. Bu cəmiyyətə də, xalqa da, ilk növbədə həmin liderlərin, şəxslərin özünə də hörmət olar."
Qeyd edək ki, Zəminə Dünyamalıyeva R.Quliyevin ən yaxın adamlarından biri hesab olunur. Z.Dünyamalıyevadan 2 gün sonra Rəsul Quliyevin də ACP-dən istefası onların birgə hərəkət etdiklərini göstərir. R.Quliyev açıq şəkildə öz tərəfdarlarını ACP-dən çəkmək qərarına gəlib.
V.Nəsibov
AzPolitika.info


Şərhlər