Menu

Bakıda diskotekada qanlı olay: 1 nəfər öldürüldü

16.08.2014, 12:38
Bakıda diskotekada qanlı olay: 1 nəfər öldürüldü

23 yaşlı oğlanı öldürən şəxs və ya şəxslər axtarılır

Avqustun 16-na keçən gecə Bakıda qətl hadisəsi törədilib. Lent.az-ın məlumatyına görə, Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisindəki çimərliklərdən birindən Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ağa Əliyev kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, A.Əliyev çimərlikdəki diskotekada bıçaqlanıb. Onun kim tərəfindən vurulması, hadisənin hansı zəmində və hansı səbəbdən baş verməsi və digər qaranlıq məqamlar araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol