Menu

BMT-dən "İŞİD" qüvvələrinə qarşı yeni layihə

16.08.2014, 13:01

BMT logo 1BMT Təhlükəsizlik Şurası “İslam Dövləti” (İD) və Nusra Cəbhəsi daxil olmaqla, İraq və Suriyada fəaliyyət göstərən Əl-Qaidə ilə əlaqəli terror təşkilatlarına qarşı effektiv mübarizə aparmaq üçün hazırlanan qərar layihəsini yekdilliklə qəbul edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İngiltərənin BMT-dəki daimi nümayəndəsi Mark Grant ölkəsi tərəfindən hazırlanan bu layihənin 4 əsas məqsədə xidmət edəcəyini bildirib.

Qəbul edilən qərarda İraq və Suriyada fəaliyyət göstərən İD və Nusra Cəbhəsi kimi silahlı qruplara maliyyə dəstəyin kəsilməsi və bu silahlı qruplaşmaların güclənməsinin qarşısının alınması ilə bu qrupların səbəb olduğu bütün şiddət və terror fəaliyyətlərinə son verilməsi hədəflənir.

M. Grant qəbul edilən layihənin “son söz” olmayacağını da vurğulayıb.

Qərarın güclü təsiri olacağını ifadə edən səfir Grant, terrorist qruplaşmaları təcrid etmək məqsədi daşıyan qərarın hərbi müdaxilə səlahiyyəti olmadığını qeyd edib.

Layihədə 6 terrorçuya qarşı müxtəlif sanksiyaların tətbiqi də nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol