Menu

Ukraynanı dəhşətli terror aktları gözləyir

16.08.2014, 13:52
Ukraynanı dəhşətli terror aktları gözləyir

Qanunsuz silahlı birləşmələrin Donbasda qalmaq imkanları yoxdur, ona görə də onlar bütün Ukrayna ərazisinə yayılacaqlar. Axar.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Viktor Yaqun deyib.

“Heç kim qorxulu əhval-ruhiyyə yaratmaq istəmir, amma bununla yanaşı bizim ayıq olmağımız lazımdır. Aktiv hərbi əməliyyatların başa çatmasından sonra onlar hardasa fəaliyyət göstəməlidirlər. Biz Ukraynanın bütün regionlarında dəhşətli terror aksiyalarının baş verə biləcəyini istisna etmirik”, - Yaqun bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol