Menu

Avropa İttifaqı Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoruna sanksiya tətbiq edib

21.01.2019, 16:50
Avropa İttifaqı Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoruna sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində iştirakına görə Rusiyanın 9 vətəndaşına və bir müəssisəsinə qarşı sanksiya tətbiq edib.

“Report” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə qərar Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında qəbul olunub.

Sanksiyaya məruz qalanlar arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru, vitse-admiral İqor Kostikov və bir müavini, idarənin əməkdaşları Aleksandr Mişkin (“Aleksandr Petrov”) və Anatoli Çepiqanın (“Ruslan Boşirov”) da adları var.

Avropa İttifaqının XİN başçılarının toplantısında Suriyanın 5 şirkətinə və 11 nəfərə sanksiyanın genişləndirilməsi barədə də qərar qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol