Menu

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası olub

22.01.2019, 01:04
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası olub

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük maşınının idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində sürücü ağır xəsarət alıb. Şəxsiyyəti məlum olmayan sürücü ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da, onun keçindiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Şəki rayonunda yol qəzası baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol