Menu

Rusiyada axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanılıb

22.01.2019, 17:36
Rusiyada axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanılıb

Rusiyada axtarışda olan azərbaycanlı, 1978-ci il təvəllüdlü Əliyev Nuru Baxşı oğlu Qazaxıstanın Pavlador şəhərində saxlanılıb.

“Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, saxlanılan azərbaycanlı quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.

Onunla bərabər digər azərbaycanlının da axtarışı elan olunub. Saxlanılan azərbaycanlının Rusiya hüquq mühafizə orqanlarına təhfil verilməsi nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol