Menu

Bakıda Rafet Əl Romanın adı ilə böyük dələduzluq

16.08.2014, 16:41
Bakıda Rafet Əl Romanın adı ilə böyük dələduzluq

Azinform.az xəbər verir ki, Bakıda məşhur türk müğənnisi Rafet El Romanın adı ilə böyük dələduzluq törədilib və bu əməldən kifayət qədər zərərçəkən var.

Bu barədə saytımıza məlumatı tanınmış türk müğənnisinin baş tutacaq konserti adı ilə aldadılan vətəndaşlardan biri məlumat verib.

Zərərçəkənin sözlərinə görə, konsert iyulun 7-də «Ramada» oteldə baş tutmalı idi:

"Bizə məlum olmayan səbəbdən konsert baş tutmadı. Bu azmış kimi, qiyməti 70-250 azn civarında dəyişən və vətəndaşlara satılan biletlərin pulu konsertdə iştirak edə bilməyənlərə geri qaytarılmır. Hara müraciət ediriksə xeyiri yoxdur.

"Ramada" oteldən isə bizə deyirlər ki, onlar bu məsələdə heç bir məsuliyyət daşımır. Bu ən böyük dələduzluq faktıdır. Fürsətdən istifadə edib hüquq-mühafizə orqanlarını bu məsələyə diqqət ayırmağa çağırırıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol