Menu

ABŞ-da müsəlmanlara hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib - VİDEO - FOTO

23.01.2019, 01:10
ABŞ-da müsəlmanlara hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib - VİDEO - FOTO

ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib.Bu barədə "Report" WHEC telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, onlar Roçester şəhərində həbs olunublar. Saxlanılanlar 18-20 yaşlarında üç kişi və 16 yaşlı gəncdir. Onlar müsəlmanların yaşadığı, Nyu-York ştatındakı İslamberq qəsəbəsinə hücum hazırlığında ittiham edilirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı şübhəli şəxslərdə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Həbs edilənlərə qarşı sui-qəsd və silah saxlama maddələri üzrə ittihamlar irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol