Menu

"Gəncləri kənd yerlərində işləməyə həvəsləndirmək lazımır" - Səttar Möhbalıyev

23.01.2019, 11:48
"Gəncləri kənd yerlərində işləməyə həvəsləndirmək lazımır" - Səttar Möhbalıyev

"Azərbaycanda bu gün gənclərin sayı sürətlə artmaqda davam edir. Bu baxımdan onların məşğulluğu məsələləri də problem olaraq ortaya çıxır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev "Gənclərin məşğulluğu: İşəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, iqtisadiyyat sahəsində məşğul olan əhalinin 25 faizindən çoxu 15-29 yaşında olan gənclərdir: "Hər il orta hesabla 33-35 min tələbə ali məktəbləri bitirir ki, onların da işlə təmin olunmaları problem olaraq qarşıya çıxır. Gəncləri kənd yerlərində çalışmaya həvəsləndirən imtiyazlar sistemi daha da təkmilləşdirilməli, həyat səviyyəsi yüksəldilməlidir. Həmçinin ordudan təxris olunan gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq lazımdır".

AHİK sədri qeyd edib ki, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən sığorta sistemini formalaşdırmaq və tədbiqini həyata keçirmək vacibdir.

S.Möhbalıyev bildirib ki, 2030-cu ilədək əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 15 faizə endirmək və 2025-ci ilədək bütün əhali qrupları, xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq nəzərdə tutulur.

Şərhlər

TARİX 2019-01-23 11:48:25

SƏTTAR MÜƏLLİM KƏNDDƏ İŞ YEİ ACMAQ ÜCÜN DÖVLƏT SƏVVİYƏSİNDƏ TƏDBİRLƏR PLANI HAZIRLANMALIDIR.KƏNDLİLƏR VƏSAİT OLMAMASI SƏBƏBİNDƏN TORPAĞI ƏKİB BECƏRƏ BİLMİRLƏR.TORPAQLARIN COXSUNUNU MƏMURLAR ƏLƏ CECİRİB.KƏNDLƏRDƏ TEXNİKA İLƏ TƏMİN OLUNAN KOPERATİVLƏR,KƏNDLİ TƏSƏRÜFATI KOMPLEKSLƏRİ YARATMAQ LAZIMDIR Kİ,ONDA HƏR ŞEY HƏLLİNİ TAPACAQ.HƏR MƏSƏLƏYƏ İNQİLABLA YOX TƏKAMÜLLƏ YANAŞMAQ LAZIMDIR.SOVETİN KOLXOZUNU,SOVXOZUNU DAĞITDIQ YERİNDƏ HEC NƏ QURMADIQ.

Mehdi 2019-01-23 11:48:25

Bes məmurlar niye usaqlarini kend yrrlerinde islemeye heveslendirmir?.Helbet sizin kimilerinin usaqlari perviy sortdular.

Mirzə AĞ 2019-01-23 11:48:25

MALADES! Çox kəlləli "mütəxəssis"dir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol