Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli "Report"a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
"Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktunu müzakirə edərək, müvafiq qərar verəcək" - deyə, R.Əhmədli bildirib.
Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.


Şərhlər
Növbəti. hefteye.icaze. verilmezse....
İnsanlar bilir uzun illər talan olunub.Neft qaz milyardları millətə atılıb oğurlanıb.Rüşşvət korrupsiya və başqa yollarla insanların axırıncı qəpiklərini də alırlar.İndi də bahalıq işsizlik, maaş pensiyanın azlığı insanları qəzəbləndirib, əhalinin böyük hissəsi ehtiyac içindədir.Torpaqlarımız da 25 ildir düşməndən alınmır.İndi xalq dinc mitinqlərdə öz sözlərini demək istəyir. Xalq oyanıb sözünü demək istəyirsə deməli deyəcək.Ona görə imkan verin mitinqdə sakitcə xalq öz sözünü desin,ölkəni xaosa aparmayın.