«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, dövlət çevrilişinə cəhdi ölkəsinin həyatında yaşamış Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesueladakı son hadisələri böyük diqqət və həmrəyliklə qarşılayıb. Bu ölkədə müxalifət prezident Nikolas Maduronu hakimiyyətdən salmağa cəhdlər göstərir.
Türkiyə liderinin mətbuat katibi İbrahim Qalın xəbər verib ki, Ərdoğan Maduro ilə telefonla danışıb və ona öz dəstəyini ifadə edib.
Danışığın gedişində Türkiyə prezidenti venesuelalı həmkarını «qardaş» adlandırıb və qanuni hakimiyyətlə qarşıdurma vəziyyətində ona dəstək olacağını vəd edib. «Bizim prezidentimiz Venesuelanın başçısına zəng vurub, Türkiyənin ona dəstəyini ifadə etdi və dedi: Qardaşım Maduro, möhkəm dayan, biz səninləyik» - deyə, Qalın «Tvitter»də yazıb.


Şərhlər
Yox.bu.söz.sene. yaraşmazdı. erdogan.türk.xalqının.g özünnen.düşmemek.ücün. söznü.geri.götür.ve. biteref.qal.helelik. haydı.ireli
Ərdogan bir daha kim oldugunu sübut edir.Diktatoru himayə etmək onun siyasətinin bir hissəsidir.
Qardaşını laxlatdılar,qurtardı
Türkiyə böyük sürətlə demokratiyanı tərk edir. Görəsən türk ictimaiyyəti bunun fərqində deyilmi ?....
Ərdoğan özü də heç demokratiya aşiqi deyil,
Boş boş şeylər yazırsız.Ərdoğanın siyasətini siz başa düşməzsiz və heç sizlik də deyil!Ərdoğanı soruşun Türk xalqından,bütün dünya müsəlmanlarından,görün ona necə böyük sevgi var.