«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, İsveçin «Qolfstrim» kəşfiyyatçı-təyyarəsi Baltik dənizi üzərində neytral sularda Rusiya sərhədinin yaxınlığında qeydə alınıb. Onu «tutmaq» üçün Su-27 qırıcı təyyarəsi havaya qaldırılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) informasiya və kommunikasiya departamenti xəbər verib.
«Baltik dənizində neytral sular üzərindəki hava məkanına nəzarət vasitələrinin köməyi ilə Rusiya sərhədinə yaxınlaşan hədəf aşkarlanıb. Hədəfi «tutmaq» üçün HHQ sistemi növbətçi qüvvələrinin Su-27 qırıcısı havaya qaldırılıb» - xəbərdə belə deyilir.
Su-27 hədəfə təhlükəsiz məsafəyə qədər yaxınlaşıb və onu İsveç HHQ-ə məxsus kəşfiyyatçı-təyyarə kimi identifikasiya edib. Təyyarə transponderi söndürülmüş vəziyyətə uçub.
Bundan sonra, İsveç təyyarəsi ərazidən uzaqlaşıb.


Şərhlər