Menu

Yaponiya Çini günahlandırdı - KXDR-a qarşı sanksiyaları pozduğuna görə

25.01.2019, 00:24
Yaponiya Çini günahlandırdı - KXDR-a qarşı sanksiyaları pozduğuna görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin tankeri nefti Koreya Xalq Demokratik Respuölikasına (KXDR) məxsus gəmiyə boşaldarkən qeydə alınıb. Yaponiya Xarici işlər nazirliyi (XİN) xəbər verib ki, bu, BMT Təhlükəsizlik Şurasının (TŞ) sanksiya rejiminə ziddir.

Şimali Koreyanın AN SAN tankeri Şanxayın 410 kilometrliyində, Şərqi-Çin dənizində yanvarın 18-də gündüz vaxtı qeydə alınıb. Digər gəmi ilə onu «şlanq»lar birləşdirib.

Qeyd olunur ki, Tokio neft məhsullarının bir gəmidən digərinə boşaldılmasından ciddi şəkildə şübhələnir.

Yaponiya tərəfi bu informasiyanı BMT TŞ-nın sanksiyalar komitəsinə və digər maraqlı tərəflərə təqdim edib.

AN SAN tankeri BMT-nin sanksiya siyahısına daxildir və beynəlxadq limanlara buraxılmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol