O, NATO-nun Baş katibi qismində Danimarkaya son səfərini edib
NATO-nun Baş katibi Anders Foq Rasmussen kürsüsünü təhvil verməsinə 1 ay qalmış dünya ölkələrinə vida səfərləri çərçivəsində vətəni Danimrakaya gedib.
ANS PRESS-in məlumatına görə, Rasmussenin burada NATO-nun Baş katibi qismində sonuncu dəfə Danimarka şahzadəsi, Baş naziri və müdafiə naziri ilə görüşəcəyi gözlənilir.
Rasmussen NATO-nun Baş katibi vəzifəsindən bu postda 5 il 2 ay xidmət etdikdən sonra, yəni sentyabrın sonlarında gedəcək. Oktaybrın 1-dən isə Rasmusseni bu postda Norveçin keçmiş Baş naziri Yens Stoltenberq əvəz edəcək.


Şərhlər