Menu

Məktəblərdə qış tətili başlayır

25.01.2019, 10:52
Məktəblərdə qış tətili başlayır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də bitir. Tədris ilinin birinci yarısı 15 sentyabr - 26 yanvar, ikinci yarısı isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol