“Bir milyondan artıq vətəndaşımız bələdiyyələrdən məhrum olub”.
“Report” xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.
O xatırladıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Qanunvericiliyə əsasən, ərazi olmayan yerdə bələdiyyə yaradıla bilməz. Bu baxımdan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız bələdiyyələrdən məhrum olublar”.


Şərhlər
Dogurdan da böyuk dərddir. Qaçqınların icra başçıları var,bələdiyyələrdən məhrumdurlar.
Komitə sədri,təəssüf ki işğalçının, əsasən Rusiya olduğunu görməzliyə vurur.Rusist olmaq,rusun qulu olmaq buna deyirlər.Belələri 20 Yanvar qətliamını,hələ də "faciə" kimi qələmə verməyə çalışırlar..