“Bələdiyyə sədrləri və üzvləri oğrudursa, həbs etmək lazımdır. Burada hansı güzəştdən söhbət gedə bilər ki?!”
“Report” xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, bələdiyyələr rayon icra hakimiyyətləri ilə Ədliyyə Nazirliyi arasında qalıblar: “Boynu bükük, qulağı sallaq bələdiyyə sədrinin canını icra başçısı da, Ədliyyə Nazirliyi də alacaq. Qaməti düz olan, işini bilən, oğru olmayan bələdiyyələrə nə əmr etmək olar ki? Özünə hörmət qoyan bələdiyyə sədrlərinə hamı hörmətlə yanaşır. Bələdiyyə rüşvət alırsa, cavab verməlidir. Biz bununla bağlı güzəşt etməməliyik, hər kəs qanun qarşısında bərabərdir. O, oğurluq edəndə bilmir ki, bunun cəzası var? Bələdiyyə sədrləri hər şeyi bizdən yaxşı bilirlər”.


Şərhlər
Sitat:"Qaməti düz olan, işini bilən, oğru olmayan bələdiyyələrə nə əmr etmək olar ki?"
P.S. Hörmətli Cənabi-Feterbürk Dumasının Duputatına: Təsvir etdiyiniz bu cürə şəxsi oğrular ölkəsində bələdiyyə başkanı qoymurlar. Cənab F.İ-yə sual: Şərqin Götəşində zırpı oğrulardan kim tutulub ki?? "Tutulan xəstəxananın yazıq qapıçısı Mamed kişidir" (Mozalan jurnalı)
Bir az pafoslu çıxdı.Deputada əmr vermək olar bələdiyyə sədrinə yox.Qaməti duz olan varsa onları deyirəm. Bəlkə də səhv edirəm,nə bilim.
Azərbaycanda oğurlamayan məmur varmı heç.Hamısı oğurlayır.