Menu

Mingəçevirdə 53 yaşlı kişi intihar edib

25.01.2019, 20:36
Mingəçevirdə 53 yaşlı kişi intihar edib

Mingəçevir şəhərində 53 yaşlı kişi intihar edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Cəmil Əliyev küçəsi, ev 18, mənzil 17-də baş verib.

Belə ki, həmin mənzilin sakini, 1966-cı il təvəllüdlü İlqar Rəşad oğlu İsgəndərov özünü asaraq öldürüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib.

Onun hansı səbəbdən intihar etdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol