Menu

ABŞ kosmik qüvvələrini inkişaf etdrir - Bu məqsədlə 12 milyard dollar ayırıb

27.01.2019, 00:20
ABŞ kosmik qüvvələrini inkişaf etdrir - Bu məqsədlə 12 milyard dollar ayırıb

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, 2019-cu maliyyə ilində Amerika Birləşmiş Ştatları (ABŞ) kosmik qüvvələrinin inkişafına12 milyard dollar ayırıb. Konqres prezident Donald Trampın təklif etdiyi bu məbləği təsiqləyib.

ABŞ-ın kosmik proqramı 5 milyard dollara yaxın vəsait tələb edir. Məbləğin qalan hissəsi isə kosmosda ABŞ-ın zəif «nöqtə»lərinin aradan qaldırılması prosesinin sürətləndrilməsinə məsrəf olunacaq.

Ölkənin hərbi-hava qüvvələri (HHQ) naziri Hezer Uilson qeyd edib ki, ABŞ-n rəqibləri müharibə olacağı təqdirdə, özlərinin üstünlüklərini təmin etmək məqsədilə hər şeyi edirlər. Ancaq nazir bildirib ki, ABŞ-ın kosmik gücləri dünyanın ən yaxşısı olaraq qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol