"Azərbaycanlılar hələ də "ölüm maşını" olan rus avtomobillərində gəzirlər". Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu sosial hesabında yazıb. Ekspert billdirib: "Ölkədə qeydiyyatda keçən minik avtomobillərin 46,4 faizini rus istehsalı olanlar, 17 faizini Mersedes təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2018-ci ilin əvvəlinə qeydiyyatdan keçən avtomobillərin sayı 1 milyon 147 min 437 ədəd olub. Bu o deməkdir ki, ölkədə həmin dövrə hər 1000 nəfərə 138 avtomobil düşüb".



Şərhlər
BƏS QALAN MODELLƏR?İRAN,FRANSA,TÜRKİYƏ, AMERİKA,AZƏRBAYCAN İSTEHSALI OLAN AVTOMOBİLLR NİYƏ BU SİYAHİDƏ GÖRÜNMÜR? SİYAHİ TAM DEYİL.ONA GÖRƏ ANALİZ YANLIŞDIR.