Novxanıda oğurlanandan sonra yenisi hazırlanaraq yerinə asılan və səhvlərə görə qınanılan barelyefin ikincisi düzəldilib.
“Qafqazinfo” xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhv yazılmış hissələr çıxarılıb. Lövhədə sadəcə “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” cümləsi qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə yeni xatirə lövhəsində yol verilən ciddi nöqsanlar geniş müzakirələrə səbəb olmuş, xeyli qınanmışdı. Belə ki, lövhədə Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Xalq Cümhuriyyəti sözlərinin əvəzinə Azərbaycan Dövlət Cümhuriyyəti, M. Rəsulzadə isə onun rəhbəri kimi qeyd olunmuşdu.
Bundan başqa, AXC liderinin adı da səhv yazılmışdı.


Şərhlər
Əsas məqsədə nail olunub)))))))))))))))
Bu qədərdə öz şərəfli keçmişinə biganəlikmi olar?! Axı cənab Məhəmməd Əmin Rəsulzadənnin barelyefi kimin yuxusuna haram qatır? Ey ciliz təfəkkürlü insanlar, başa düşünki min bir oyun (fokus) göstərsənizdə Rəsulzadəyə olan məhəbbəti bu millətin qəlbindən silə bilməzsiniz. Buna sadəcə gücünüz və əqidəniz çatmaz! Məqsədiniz bəlli, millətiniz fərqli. Ay yazıqlar siz nə biləcəksiniz ki, Məhəmməd Əmin bəy kimdir?!
Oğurlanması,sındırılması, səhvlər olması.... hamısı bir əlamətdir: yüksək səviyyədə təşkil olunmur "tədbir". Amma "günəşin üzün bağlamaq" istəyən müəllimlər dərk etmirik, Məmməd Əmin Rəsulzadənin qəlblərdə qurduğu məbədi heç kəs yıxa bilməz!