Menu

Aprel qazisindən Xoşqədəm və Zaura ittiham - “Verilişə çıxmaq üçün...”

28.01.2019, 19:42
Aprel qazisindən Xoşqədəm və Zaura ittiham - “Verilişə çıxmaq üçün...”

Aprel döyüşlərinin iştirakçısı, ikinci qrup əlil, baş gizir Əzimov Elşən Balaxan oğlu aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyev haqqında ciddi ittihamlar səsləndirib.

AnTV.az xəbər verir ki, Əzimov Elşən maddi dəstəyə ehtiyacı olduğu üçün X.Hidayətqızının və Z.Baxşəliyevin verilişinə çıxmaq niyyəti olub. Bununla bağlı Z.Baxşəliyevin verilişinə zəng vuran qaziyə bildirilib ki, efirə çıxmaq üçün ödəniş etməlidir:

“Zaur Baxşəliyevin verilişində təqdim etdiyi nömrəyə zəng vurub efirə çıxmaq istədiyimi dedim. Dəstəyə cavab verən qız bunun üçün 500 manat ödəniş etməli olacağımı bildirdi. Dedim ki, efirə çıxım yığılan puldan götürərsiniz, amma razı olmadılar”.

Bundan sonra X.Hidayətqızına zəng vuran qaziyə bildirilib ki, qeydiyyata alınıb, çağırılacaq:

“Xoşqədəm Hidayətqızına zəng vurdum. Növbəyə yazıldığımı bildirsə də, sonradan edilən dəfələrlə telefon zənglərinə cavab vermir, ya da biləndə ki, zəng vuran mənəm telefonu söndürür. Bunlar özlərini xalqa elə göstərirlər ki, guya kiməsə kömək edirlər. Buyursunlar, köməyə ehtiyacı olanlardan biri də mənəm, gör heç verilişə çağırırlarmı?”.

Xatırladaq ki, baş gizir Elşən Əzimov 16 il orduda xidmət edib. 2016-cı il aprel döyüşləri zamanı Lələtəpə yaxınlığında kontuziya alıb. Ayaqları tutulan qazi mütəmadi müalicə olunduğunu və bunun üçün maddi imkanının çatmadığını bildirib.

Qazimiz ailəlidir və 4 övladı var.

Şərhlər

EJDER 2019-01-28 19:42:03

BUNLARIN IKISIDE .... SENET XADIMLERIDI...HA HA HA...GOR NE GUNE A QALMIWIQ...QO..AZERBAYCAN,SAXTAKARLIQ BAW ALIB GEDIR.LAP IYRENCDI.MILLETIN BAWINI QATIRLAR.3 -4 AYA QARABAQI QAYTARAJAQ DIQALAR...LAP GULMELIDI,LUKAWENKO CANI

Əqtay 2019-01-28 19:42:03

Azərbaycanda nə TV var ki hələ bir iştiraka görə pul da verəsən kimdi onlara baxan bəyəm bunlara baxan var ? Mənə yalvarsalar pul da versələr 10 dəqiqə hansınasa bax özümü məcbur edə bilmərəm.10-12 il olar bütün AZ TVlərin hamısını silmişəm və bir də o səviyyəyə enmərəm ki AZ TV lərə baxım Boş yerə səviyyəsiz adama dimirlər ki BU LAP AZ TV DİR ki

İRADƏ 2019-01-28 19:42:03

Bu xoşqədəmlə ,baxşalıyev Zaur efirdən xalqı dolayır.Lakin bunlara Reklam pulu axdanlar ,bunların verilişində ekspert adıyla oturanlar özlərinin aşağılanmasını anlamırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol